AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəst və qadın güləşçilərimiz Avropa Millətlər Kuboku uğrunda yarışacaq
Cəbrayıl Həsənov Olimpiya mükafatçısının şərəfinə turnirin gümüş medalını qazanıb / FOTO-VİDEO
Dövlət xadiminin şərəfinə beynəlxalq turnirdən 2 qızıl medal / FOTO-VİDEO
Sərbəst güləşçilərimiz Rusiyadan 1 qızıl və 1 bürünc medalla qayıdır
Our freestyle wrestlers will participate in the international tournament "Yugra Cup"
The changes have been made in the management of Azerbaijan wrestling Federation
2 gold, 1 silver and 1 bronze medal from Khasavyurt
Our freestyle wrestlers will participate in the Intercontinental Cup international tournament
V Republic open tournament on freestyle wrestling held in Shamakhi
Tuesday, 07 November 2017 10:13

Sərbəst və qadın güləşçilərimiz Avropa Millətlər Kuboku uğrunda yarışacaq

  • Print
  • Email
Rate this item
(3 votes)
11-12 noyabr 2017-ci il tarixdə Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək. Komanda yarışı xarakterli turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparacaq. 

Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 16 güləşçi qoruyacaq. 

Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda mübarizə aparacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızı Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.  

Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (61 kq), Zəlimxan Vəliyev (65 kq), Murtuz Müslümov (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov ( hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, Gürcüstan, Moldova və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda yarışacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, noyabrın 11-də qrup görüşləri, 12-də isə final görüşləri baş tutacaq. 

 
Read 1242 times
Tweet
More in this category: « Cəbrayıl Həsənov Olimpiya mükafatçısının şərəfinə turnirin gümüş medalını qazanıb / FOTO-VİDEO

Add comment



Refresh

back to top
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW