AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt

Federasiya haqqında

Azərbaycan Güləş Federasiyası (AGF) 1993-ci ildə təsis olunub və elə həmin il Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FILA) üzv qəbul edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin kollektiv üzvlərindən biridir. Bu gün AGF olimpiya oyunlarının proqramına daxil olan 3 idman növünə – sərbəst güləş, yunan-Roma güləşi və qadın güləşini özündə birləşdirir. Azərbaycanın demək olar ki, bütün bölgələrində güləş bölmələri fəaliyyət göstərir və güləş ölkəmizdə ən sevilən idman növlərindən biridir. Beynəlxalq güləş aləmində AGF böyük hörmətə və nüfuza malikdir. Bütün bunların kökündə isə, təbii ki, üzərimizə götürdüyümüz işləri ən yüksək səviyyədə icra etməyimiz, güləşin inkişafında həyata keçirdiyimiz məqsədyönlü fəaliyyət dayanır. 2007-ci ilin sentyabrında güləşin hər üç növü üzrə Bakıda keçirilən lisenziya xarakterli Dünya Çempionatı və 2008-ci ilin iyununda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” yarışlarının final mərhələsinin yüksək səviyyədə təşkili FILA rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib.

 

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW