AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Monday, 15 January 2018 10:46

Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək

Rate this item
(3 votes)
16-17 yanvar 2018-ci il tarixdə Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci açıq Respublika turniri keçiriləcək.

Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110 kq çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kq çəkidə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilərin iştirak edəcək.  

Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq. 
 
İlk gün yunan-Roma, ikinci yarış günündə isə sərbəst güləşçilər mübarizə aparacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom və medalla mükafatlandırılacaq.


Read 1603 times
Tweet
More in this category: « V Republic open tournament on freestyle wrestling held in Shamakhi Müşviq İsayevin xatirə turnirində ilk gün yunan-Roma güləşçiləri yarışıb / FOTO »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW