AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Şaban Donat: "Son toplanışda əsasən taktiki-texniki hazırlıq üzərində işləyəcəyik"
Namiq Əliyev sərbəst güləşçilərin məşqini izləyib / FOTO
Dünya çempionatının hazırlıqları başlayır
Oleq Krapivinin şərəfinə keçirilən VI açıq Respublika turniri başa çatıb / FOTO
Oleq Krapivinin şərəfinə VI açıq Respublika turniri start götürüb / FOTO
  • Azerbaijani
  • Русский
  • English (UK)
Wednesday, 12 September 2018 21:32

Nurəddin Rəcəbov: "Bu müddət ərzində komandada məsuliyyəti artırmağa nail olmuşuq"

  • Print
  • Email
Rate this item
(3 votes)
Sentyabrın 17-dən 23-dək Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı keçiriləcək.
Mübarizəyə əvvəlcə yunan-Roma güləşçiləri start verəcək. Mundial ərəfəsində gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov AGF-nin saytına məsul yarışa hazırlıq və DÇ-də qarşıya qoyulan hədəflər haqqında açıqlama verib:

“Avropa çempionatını geridə qoyduq. Qitə birinciliyində himnimizi səsləndirdk. Bu, böyük nəticədir. Ancaq dünya çempionatı daha çətin yarışdır. Güləş indi dünyada elə inkişaf edib ki, asan rəqib yoxdur. Hazırlığımızı lazım olan qədər keçmişik. Məşqlərimizi davam etdiririk. Güləş bazasında bəzən gündə bir, bəzən isə iki məşq keçirik. Yüklənmədən, rejimdən asılı olaraq dəyişir.

Avropa çempionumuz Ülvi Qənizadənin dizindəki köhnə zədəsi baş qaldırıb. Ağrıları var. Bu, bizi bir qədər narahat edir. Ancaq müalicə olunduqdan sonra məşqlərə qatılıb. Yarış ağır keçsə də, medallarımız olacaq. Yeniyetmələrdən ağır çəkidə Sərxan Məmmədovu toplanışa cəlb etmişik. Bilirsiniz ki, bizdə bu kateqoriya həmişə zəif olur. Yaxşı güləşçi tapmaq çətindir. Sərxanı gələcək perspektiv üçün heyətə cəlb etmişik. Bu gün ondan nəticə gözləmirik.

Dünya çempionatında iştirak edəcək yeddi güləşçimizdən beşi medal qazana biləcək gücdədir. Digər iki güləşçi də xarakter nümayiş etdirib, uğur əldə edə bilər.

Cəmi 2 aydı gəncləri çalışdırıram. Bu müddət ərzində komandada məsuliyyəti artırmağa nail olmuşuq. Nizam-intizam və rejim qaydasındadır. Həm fiziki, həm texniki, həm də taktiki hazırlıq üzərində çalışmışıq. Artıq yüklənməni azaltmışıq. Bundan sonra güləşçilərin çəki salmasına diqqət yetirəcəyik. Sentyabrın 15-də Slovakiyaya yollanacağıq”.
Read 894 times
Tweet

Related items

  • Şaban Donat: "Son toplanışda əsasən taktiki-texniki hazırlıq üzərində işləyəcəyik"
  • Namiq Əliyev sərbəst güləşçilərin məşqini izləyib / FOTO
  • Şaban Donat: "İndi taktiki-texniki çalışmalara üstünlük veririk" / FOTO-VİDEO
  • Aslan Ağayev: "Zədəli güləşçimizin olmaması sevindiricidir" / FOTO-VİDEO
  • Taha Akgül: "Sanki öz ölkəmizdəyik"
More in this category: « Şaban Donat: "İndi taktiki-texniki çalışmalara üstünlük veririk" / FOTO-VİDEO Sərbəst və qadın güləşçilərimiz Aleksandr Medved turnirində / HEYƏT »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW