AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Wednesday, 29 November 2017 10:30

Qadın güləşçilər Dünya Kuboku uğrunda yarışacaq

Rate this item
(3 votes)
1-2 dekabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcək.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaq.

Yarışda yığma komandanın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.

Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.


Read 1589 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW