AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 22 March 2011 09:33

Sərbəst güləş yığmamız Dünya Kubokunda bürünc medal qazanıb

Rate this item
(0 votes)

Mahaçqalada sərbəst güləş üzrə Dunya Kuboku turnirinə start verilib. Yarışda Azərbaycan yığması da qüvvəsini sınayıb.

Avropa çempionatı öncəsi əla sınaq imkanı qazanan komandamız turnirdə İran, Gürcüstan, Kuba və Qazaxıstanla Macarıstanın birləşmiş komandaları ilə bir qrupa düşüb. Digər qrupda isə Rusiya, Ukrayna, Qırgızıstan, Bolqarıstan və Özbəkistan komandaları mübarizə aparıb.

Qeyd edək ki, hər qrupda 1-ci yeri tutan komanda finalda, 2-ci yeri tutanlar isə 3-cü yer uğrunda üz-üzə gəliblər.

İlk görüşünü İrana qarşı keçirən təmsilçimiz dramatik dueldən məğlub ayrılıb. İkinci görüşdə Gürcüstan yığması ilə qarşılaşan millimiz qələbə qazanılıb. Kuba ilə qarşılaşma da bizim üçün uğurlu alınıb. Nəhayət, son görüşündə Macarıstan və Qazaxıstanın birləşmiş komandaları ilə görüşən yığmamız bu görüşünü də qələbəylə yekunlaşdırıb. İranın Kuba üzərindəki qələbəsindən sonra millimizin də üçüncü yer uğrunda döyüşəcəyi dəqiqləşdi.

Аzərbaycan– İran - 3:4
55 kq. Namiq Sövdümzadə – Hassan Rahimi - 0:1, 0:2
60 kq. Zəlimxan Hüseynov – Abbas Dabaqi Suraki - 3:0, 2:0
66 kq. Emin Əzizov – Mustafa Hüseynxani - 1:0, 1:3, 0:2
74 kq. Аleksandr Qostiyev – Hassan Təhməzi - 1:0, 1:2, 2:0
84 kq. Novruz Təmrəzov – Elxan Amini - 1:1, 3:0
96 kq. Aslanbəy Alborov – Reza Yazdani - 0:2, 2:3
120 kq. Əli İsayev – Səid Azərsahib - 0:1, 0:1

Аzərbaycan – Gürcüstan - 5:2
55 kq. Namiq Sövdümzadə - Besarion Qoçaşvili - 1:0, 0:2, 2:1
60 kq. Zəlimxan Hüseynov – Malxaz Kurdiani - 1:1, 5:0, 5:0
66 kq. Xaqan Süleymanov – Şalva Muziaşvili (gürcü zədə səbəbindən görüşü sona çatdıra bilməyib)
74 kq. Aleksandr Qostiyev – Gela Saqiraşvili - 0:1, 2:1, 1:0
84 kq. Novruz Təmrəzov – Beka Çelidze - 1:0, 1:0
96 kq. Aslanbəy Alborov – Dato Keraşvili - 3:4, 0:2
120 kq. Əli İsayev – Georgi Sakandelidze - 1:4, 0:3

Azərbaycan - Kuba - 4:3
55 kq. Namiq Sövdümzadə – Frank Çamizo Markez - 4:0, 4:2
60 kq. Zəlimxan Hüseynov - Alexandro Enrike Valdes - 2:1, 1:1
66 kq. Emin Əzizov – Kabalyero Qarzon - 1:3, 1:3
74 kq. Aleksandr Qostiyev - İvan Fundora - 2:4, 0:2
84 kq. Novruz Təmrəzov - Reyneriz Salas - 1:2, 3:1, 1:2
96 kq. Aslanbəy Alborov - Xavyer Kortina - 3:3, 7:1
120 kq. Əli İsayev - Disney Rodriqes - 2:1, 0:1, 1:1

Аzərbaycan – Macarıstan/Qazaxıstan - 4:3
55 kq. Namiq Sövdümzadə – Daulet Niyazbekov - 2:1, 0:3, 0:2
60 kq. Zəlimxan Hüseynov – Daure Jumaqaziyev - 3:2, 2:0
66 kq. Xaqan Süleymanov – Leonid Spirodonov - 1:0, 4:1
74 kq. Aleksandr Qostiyev – Qabor Xatoş - 0:1, 0:1
84 kq. Novruz Təmrəzov – İştvan Jereb - 2:1, 2:0
96 kq. Aslanbəy Alborov – Gergeli Kiss - 3:1, 2:1
120 kq. Əli İsayev – Daniel Liqeti - 1:0, 0:1, 0:3

Komandamızın bürünc medallar uğrunda rəqibi isə öz qrupunda ikinciliyi təmin edən Özbəkistan oldu. Lakin güləşçilərimiz bu rəqibi üzərində demək olar ki, asan qələbəyə sevindi. Nəticədə Azərbaycan turnirin bürünc medallarına sahib çıxdı.

Аzərbaycan – Özbəkistan - 6:1
55 kq. Namiq Sövdümzadə - Dilşod Mansurov - 1:0, 2:0
60 kq. Zəlimxan Hüseynov - Bəhram Ermatov - 7:0, 4:1
66 kq. Emin Əzizov - İxtior Novruzov - 3:2, 1:1
74 kq. Aleksandr Qostiyev - Soslan Tiqiyev - 3:0, 1:1
84 kq. Novruz Təmrəzov – Subloncon Toşpularov - kürəyini yerə vurub
96 kq. Aslanbəy Alborov – Əmirxan Mirzəyev - 5:0, 1:0
120 kq. Əli İsayev – Qurban Qurbanov - 1:0, 0:1, 0:1

Read 2940 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2