AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Friday, 26 March 2010 12:16

Qadın güləşçilərimizin Dünya Kubokunda rəqibləri bəlli oldu

Rate this item
(0 votes)
Martın 26-da Çinin Nanjing şəhərində qadın güləşi üzrə “Dünya Kuboku” yarışlarının püşkatma mərasimi keçirilib. Turnirdə qadınlardan ibarət yığma komandamızla birgə Yaponiya, Kanada, Ukrayna, Rusiya, ABŞ, Monqolustan və Çin güləşçiləri mübarizə aparır. Yığma komandamız Ukrayna, ABŞ və Monqolustan güləşçiləri ilə bir qrupda mübarizə aparacaq. Digər qrupda isə Rusiya, Yaponiya, Çin və Kanada yığmaları yer alıb.

 

Xatırladaq ki, qrup görüşləri martın 27-də, yarımfinal və final görüşləri isə martın 28-də keçiriləcək. Millimizi “Dünya Kuboku” yarışlarında baş məşqçi Orest Skobelski və böyük məşqçi Kurban Kurbanovun rəhbərliyi altında Marziget Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Katerina Dombrovskaya (59 kq), Gözəl Zutova (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) təmsil edir. Komandamızın heyətində Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov və həkim Əsmər Əliyeva da Çinə yollanıb.

 

Read 2260 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2