AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Saturday, 23 January 2010 15:16

Yunan-Roma güləşi üzrə yığmamız dünya kubokunda iştirak etməyə bilər

  • Print
  • Email
Rate this item
(0 votes)

Yanvarın 23-də Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri ilə görüşüb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Namiq Əliyev fevralın 13-14-də İrəvanda keçiriləcək dünya kuboku yarışlarında komandamızın iştirakı ilə bağlı müzakirələrin hələ davam etdiyini, ancaq Federasiya olaraq bu beynəlxalq turnirdə iştirak etmək istəmədiklərini bildirib.

Namiq Əliyev deyib ki, bu qərarı siyasi amillərlə əlaqələndirməyə ehtiyac yoxdur: “Sadəcə, yığma komandamızın hazırlıq planı 13-18 apreldə Bakıda keçiriləcək Avropa çempionatında daha uğurlu çıxış etməyə yönəlib”.

Namiq Əliyev qeyd edib ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) yığmaların yunan-Roma güləşi üzrə dünya kubokunda iştirak etməməsinə görə müəyyən məbləğdə cərimə nəzərdə tutub: “Amma bu, bizim üçün o qədər də böyük rəqəm deyil. Lazım gəlsə, bu pulu ödəməyə hazırıq. Amma görsək ki, FİLA Ermənistanda keçirilən dünya kubokunda iştirakımızda çox təkid edir, biz iştirak haqda qərar verə bilərik. Hər halda yekun qərarı qarşıdakı 1 həftə ərzində qəbul edəcəyik”.

O vurğulayıb ki, heç bir halda dünya kubokunda iştirak etməmək yığma komandamızın hazırlıq səviyyəsinin yetərincə olmaması ilə əlaqələndirilə bilməz: “Komandanın hazırlıq səviyyəsi yüksəkdir. Sadəcə, yığma komandamızın hazırlıq planı 13-18 apreldə Bakıda keçiriləcək Avropa çempionatında daha uğurlu çıxış etməyə yönəlib”.

Güləş Federasiyasının birinci vitse-prezidenti onu da bildirib ki, qadın güləşi üzrə yığma komandamızın da martın sonlarında Çində keçiriləcək dünya kubokuna qatılmaması ehtimalı böyükdür. Qadın güləşçilərimizin də əsas diqqəti 13-18 apreldə Bakıda keçiriləcək Avropa çempionatına yönəlib.

 

Read 2297 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2