AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Şamaxıda sərbəst güləş üzrə V açıq Respublika turniri keçirilib / FOTO
Şamaxıda Oleq Krapivin adına idman məktəbinin açılışı mərasimi keçirilib / FOTO
Sərbəst güləşçilər Dmitri Korkinin xatirə turnirinə yollanır
There will be held Open Republic tournament in Shamakhi in memory of Olympic World champion.
HDÇ-2017: son gündə 2 gümüş və 1 bürünc medal / FOTO
HDÇ-2017: Murad Məmmədov bürünc medal qazandı / FOTO
Litvada hərbçi güləşçilərin Dünya çempionatı keçiriləcək
Monday, 25 September 2017 11:41

HDÇ-2017: son gündə 2 gümüş və 1 bürünc medal / FOTO

  • Print
  • Email
Rate this item
(2 votes)
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı başa çatıb.

Çempionatın son günündə güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıb. 

İlk görüşdə isveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə (80 kq) sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxıb. 
Finalda Elton Vəzirzadə ukraynalı Andrey Antonikə məğlub olub gümüş medala yiyələnib. 

Daha bir gümüş medalı isə 98 kq çəkidə təmsilçimiz Orxan Nuriyev qazanıb. 

85 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov çempionatı bürünc medalla başa vurub. Həlledici görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.

Xatırladaq ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib.


Read 688 times
Tweet
More in this category: « HDÇ-2017: Murad Məmmədov bürünc medal qazandı / FOTO

Add comment



Refresh

back to top
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2