AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Kiyev turnirində ilk gün: 7 qızıl və 5 bürünc medal şansı / FOTO-VİDEO YENİLƏNİR
Kiyev turnirində ikinci gün 8 güləşçimiz finala yüksəlib / CANLI YAYIM YENİLƏNİR
Azərbaycan çempionatında ilk gün yeniyetmə yunan-Roma güləşçiləri yarışıb / FOTO-VİDEO
Yığma komandalarımız Kiyevdə sınaqdan keçiriləcək / HEYƏT
Azərbaycan çempionatı öncəsi hakimlər və məşqçilər üçün seminar keçirilib / FOTO
Heydər Məmmədəliyev Azərbaycan Güləş Federasiyasının Fəxri Diplomu ilə təltif olunub / FOTO-VİDEO
  • Azerbaijani
  • Русский
  • English (UK)
Friday, 08 September 2017 10:41

YDÇ-2017: sərbəst güləşçilərdən 1 qızıl və 3 gümüş medal / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(5 votes)
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Beşinci yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz  günü 1 qızıl və 3 gümüş medalla tamamlayıb.

42 kq çəkidə mübarizə aparan Əlihəsən Əmirli ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqibləri ilə görüşləri vaxtından əvvəl və tam üstünlüklə məğlub edərək finala yüksəlib. Güləşçimiz keçirdiyi görüşlərdə rəqiblərindən 33 xal alsa da, heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Əlihəsən Əmirli Özbəkistan idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmanı minimal hesablı üstünlüklə tamamlayan güləşçimiz Dünya çempionatının qızıl medalını qazanıb. 

50 kq çəki dərəcəsində güləşçimiz Mahir Məmmədzadə də bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finala qədər o, Əlcəzair, ABŞ, Qazaxıstan və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Gərgin keçən son görüşdə Mahir Məmmədzadə Rusiya idmançısına uduzub və Dünya çempionatının gümüş medalına yiyələnib.

58 kq çəkidə yarışan Turan Bayramov da bütün rəqiblərini tam üstünlüklə məğlub edib və finala vəsiqə qazanıb. Ardıcıl olaraq Qazaxıstan, İran, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub edən güləşçimiz rəqiblərindən ümumilikdə 37 xal alıb və heç birinə xal verməyib. Final görüşündə Turan Bayramov Yaponiya idmançısına minimal fərqlə uduzub və çempionatı gümüş medalla tamamlayıb. 

69 kq çəki dərəcəsində təmsilçimiz Davud İbahimov Yaponiya, Ukrayna və İran idmançıları ilə qarşılaşıb. Qarşılaşdığı bütün rəqiblərindən üstün olmağı bacaran güləşçimiz finala vəsiqə qazanıb. Həlledici görüşdə Davud İbrahimov ABŞ təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. 

42 kq 
FİNAL - Əlihəsən Əmirli - Umidjon Jalolov (UZB) 1:0
1/2 final - Əlihəsən Əmirli - Kaisei Tanabe (JPN) 11:0 (1.43 dəq)
1/4 final - Kudaibergen Murat (KAZ) - Əlihəsən Əmirli 0:11 (2.45 dəq)
1/8 final - Nikolas Skinner (USA) - Əlihəsən Əmirli 0:11 (1.36 dəq)

50 kq
FİNAL - Fedor Boltuev (RUS) - Mahir Məmmədzadə 9:7
1/2 final - Mahir Məmmədzadə - Niklas Steckele (GER) 6:2
1/4 final - Akbar Kurbanov (KAZ) - Mahir Məmmədzadə 8:14
1/8 final - Mahir Məmmədzadə - Julian Michael Tagg (USA) 9:8
1/16 final - Mohamed Al Amine Lakel (ALG) - Mahir Məmmədzadə 5:15

58 kq
FİNAL - Ryuto Sakaki (JPN) - Turan Bayramov 3:2
1/2 final - Talgat Tinçtikbekov (KGZ) - Turan Bayramov  0:10 (2.08 dəq)
1/4 final - Turan Bayramov - Cavit Acar (TUR) 10:0
1/8 final - Morteza Avaz Poormortozavi (İRİ) - Turan Bayramov 0:10
1/16 final - Turan Bayramov - Didar Nuraxmet (KAZ) 7:0

69 kq
FİNAL - Davud İbrahimov - Villiam Francis Levan Jr (USA) 1:3
1/2 final - Davud İbrahimov - Mohammad Aşgar Noxodilarimi (İRİ) 4:1
1/4 final - Davud İbrahimov - Mixailo Xrab (UKR) 12:2
1/8 final - Davud İbrahimov - Masaki Sato (JPN) 7:0

85 kq 
1/4 final - Muxammadrasul Raximov (UZB) - Fuad Mayılov 
1/8 final - Batmagnai Enxtuvşin (MGL) - Fuad Mayılov 7:9

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-29


Read 6749 times
Tweet

Related items

  • Dünya üçüncüsü yeniyetmə sərbəst güləşçilərimiz Vətənə qayıdıb / FOTO
  • YDÇ-2017: 1 bürünc medal və komanda hesabında 3-cü yer / VİDEO
  • YDÇ-2017: Ayşən Yusifova bürünc medal qazandı / FOTO-VİDEO
  • YDÇ-2017: Şahanə Nəzərova qızıl medal qazanıb / FOTO-VİDEO
  • YDÇ-2017: Qurban Qurbanov qızıl, Nihad Məmmədli gümüş medal qazandı / FOTO-VİDEO
More in this category: « YDÇ-2017: Ayşən Yusifova bürünc medal qazandı / FOTO-VİDEO YDÇ-2017: 1 bürünc medal və komanda hesabında 3-cü yer / VİDEO »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW