AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sunday, 03 September 2017 18:19

Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək

  • Print
  • Email
Rate this item
(1 Vote)
4-10 sentyabr 2017-ci il tarixdə Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək. 

Bir ay öncə yeniyetmələrin Qitə çempionatlarında test edilən yarış qaydalarındakı dəyişikliklər burada da test ediləcək. Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur. Belə ki, proqrama əsasən ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar isə hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.

Yunan-Roma güləşi yığmamız böyük məşqçi Bəhram Mürvətov, məşqçilər Fuad Alıyev və İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq. Heyətdə Qurban Qurbanov (42 kq), Nihad Məmmədov (46 kq), Zaur Əliyev (50 kq), Əsgər Əlizadə (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (69 kq), Eldar Məmmədov (76 kq), Laçın Vəliyev (85 kq) və Sərxan Məmmədov (100 kq) yer alıb. 

Sentyabrın 6-8-də yeniyetmə qızlar mübarizə aparacaq. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Sevinc Əhədova (49 kq) və Jalə Əliyeva (56 kq) çempionata yollanacaq. 

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında ölkəmizi Əlihəsən Əmirli (42 kq), Tofiq Əliyev (46 kq), Mahir Məmmədzadə (50 kq), Şahmurad Usuflu (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), İslam Alıyev (76 kq), Fuad Mayılov (85 kq) və Temraz İsmaylılov (100 kq) təmsil edəcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev iştirak edəcək.


Read 1238 times
Tweet

Related items

More in this category: « Haji Aliyev: I want to be Olympic champion / PHOTO YDÇ-2017: Zaur Əliyev gümüş medal qazanıb / FOTO-VİDEO »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW