AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 22 August 2017 11:23

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı / FOTO

  • Print
  • Email
Rate this item
(9 votes)
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

İkinci yarış günündə 59, 66, 80 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimizdən Elvin Mürsəliyev bürünc medal qazanıb.

80 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasovu gərgin keçən qarşılaşmada məğlub edib. 1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub. Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Həlledici görüşdə Bolqarıstan idmançısı Daniel Aleksandrovu üstələyən güləşçimiz bürünc medal qazanıb. 

59 kq 
1/4 final - Kanibek Jolçubekov (KGZ) - Taleh Məmmədov 3:2
1/8 final - Viktor Ciobanu (MDA) - Taleh Məmmədov 9:12
1/16 final - Maksim Kazarski (BLR) - Taleh Məmmədov 1:2

66 kq 
Təsəlliverici görüş - Kamran Məmmədov - Karen Aslanyan (ARM) 1:7
Təsəlliverici görüş - Kamran Məmmədov - Flavio Freuler (SUİ) 4:1
1/16 final - Kamran Məmmədov - Hansu Ryu (KOR) 1:2

80 kq 
Bürünc medal görüşü - Daniel Aleksandrov (BUL) - Elvin Mürsəliyev 1:2
1/2 final - Radzik Kulieu (BLR) - Elvin Mürsəliyev 3*:3
1/4 final - Zied Aid Ouagram (MAR) - Elvin Mürsəliyev 0:2
1/8 final - Elvin Mürsəliyev - Edgar Babayan (POL) 8:0
1/16 final - Roman Vlasov (RUS) - Elvin Mürsəliyev 2:2*

130 kq 
1/8 final - Mikola Kuçmi (UKR) - Sabah Şəriəti 2:1

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-27

Read 8096 times
Tweet

Related items

More in this category: « DÇ-2017: İslam Abbasov beşinci oldu DÇ-2017: qadın güləşçilər mübarizə aparıb »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2