AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Saturday, 19 August 2017 12:38

Yunan-Roma güləşçilərimiz Parisə yola düşüb / FOTO

  • Print
  • Email
Rate this item
(2 votes)
Dünyanın güləş ictimaiyyətinin diqqəti avqustun 21-dən etibarən Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatına yönəlib.

Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri ötən gecə Parisə yola düşüb. 

Komandamızın heyətində Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq),  Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıb. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq.

Proqrama əsasən, çempionatın ilk iki yarış günündə yunan-Roma güləşçiləri yarışacaq. Avqustun 21-də 71, 75, 85 və 98 kq, avqustun 22-də isə 59, 66, 80 və 130 kq-da pəhləvanlar xalçaya çıxacaq.


Read 2214 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2