AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 15 August 2017 15:56

Şaban Donat: Onların hər birinə ümidimiz böyükdür

  • Print
  • Email
Rate this item
(2 votes)
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. 

Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.

Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib. 

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Şaban Donat yaxşı hazırlaşdıqlarını və hər bir idmançıdan medal gözlədiklərini bildirib: 

“Uzun illərdir birlikdə çalışdığımız idmançılara güvənmişik. Heyətdə dünya və Avropa çempionları yer alıb. Onların hər birinə ümidimiz böyükdür. Hər çəkidə medal gözləyirik. Ümumiyyətlə, bu gün Azərbaycan güləşçiləri dünyada ilk sıralarda mövqe tutublar. Çox yaxşı hazırlaşmışıq. Hədəfimiz hər zaman olduğu kimi uğurlu çıxışımızla azarkeşləri sevindirməkdir.”

 
Read 637 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2