AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 15 August 2017 15:44

Firdovsi Umudov: Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir

  • Print
  • Email
Rate this item
(1 Vote)
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. 

Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.

Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib. 

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov il ərzində yaxşı hazırlıq keçdiklərini və Dünya çempionatından sürprizlər gözlədiklərini bildirib: 

“Komandamız ilin əvvəlində Avropa çempionatında, Dünya Kuboku və IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etdi. Kislovodskda Olimpiya İdman Bazasında, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçirdik. Həmçinin, Gürcüstanda Vaxtanq Balavadzenin, Dağıstanda isə Əli Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə iştirak etdik. Bu yarışlarda uğur qazananları heyətə daxil etdik. Məşq proseslərimiz hər zaman yüksək səviyyədə təşkil olunub. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası tərəfindən hər cür şərait yaradılıb. AGF-nin bazası dünyada ən yaxşılardandır. Bu gün də hazırlığımızı burada davam etdiririk. Güləşçilərimiz il ərzində bazada qida və yataq yerləri ilə təmin olunublar. Qalanı idmançılarımızın öhdəsinə qalır. İnanıram ki, güləşçilərimiz qarşıdan gələn yarışlarda da uğurla çıxış edəcəklər. Mahir Əmiraslanov gənclər arasında dünya çempionu, İslamiadanın qalibidir. Hacı Əliyev olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionudur. Ağahüseyn Mustafayev beynəlxalq turnirlərdə özünü yaxşı tərəfdən göstərib. Hacımurad Ömərov bu il 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. Cəbrayıl Həsənov komandanın liderlərindəndir, Olimpiya mükafatçısı, Avropa çempionudur. Aleksandr Qostiyev Avropa çempionatının finalçısıdır. Aslanbek Alborovu iki turnirdə yoxladıq, ikisində də qızıl medal qazandı. Cəmaləddin Məhəmmədov zədəli olduğu üçün heyətdə yer almayıb. Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir. Proqnoz verməyi xoşlamıram. Yığmanın heyətində yetərincə tanınmış simalar var. Onlar ölkəmizi layiqincə təmsil edəcəklər. Dünya çempionatında heç kimə zəmanət vermək olmur. Sürprizlər də gözlənilir. ”


Read 722 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2