AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Wednesday, 10 September 2014 20:39

DÇ-2014: Yuliya gümüş, Mariya bürünc medal qazandı / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(6 votes)
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.

Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 

48 kq çəki dərəcəsində Olimpiadanın gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik mübarizəyə 1/16 finaldan başlayıb. Böyük Britaniyadan Yana Rattiqan, Çin təmsilçisi Çun Lei və Argentina idmançısı Patrisia Bermudezi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Polşa güləşçisi İvonna Matkovska ilə gərgin keçən qarşılaşmada uduzan Mariya bürünc medal görüşdə Rumıniyadan Emilia Vuç üzərində 49 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb və Dünya çempionatını 3-cü pillədə tamamlayıb. 

60 kq çəki dərəcəsində mübarizə aparan Olimpiadanın bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq İsveç güləşçisi Malin Yohanna Mattssonu, Kanada təmsilçisi Kristina Fazzarini, yarımfinalda isə Bolqarıstan idmançısı Taybe Yusseini mübarizədən kənarlaşdırıb. Final görüşündə Yuliya Ratkeviç Monqolustan güləşçisi Tserençimend Suxe ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə başa çatıb. Güləşçimiz Dünya çempionatının gümüş medalı ilə kifayətlənib. 

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.

48 kq
1/16 final - Yana Rattigan (GBR) - Mariya Stadnik 0:11
1/8 final - Mariya Stadnik - Çun Lei (CHN) 7:0
1/4 final - Mariya Stadnik - Patrisia Bermudez (ARG) 10:0
1/2 final - Mariya Stadnik - İvonna Matkovska (POL) 3:5
Bürünc medal görüşü - Emilia Vuç (ROU) - Mariya Stadnik 0:11

60 kq
1/8 final - Malin Yohanna Mattsson (SWE) - Yuliya Ratkeviç 3:4
1/4 final - Kristina Fazzari (CAN) - Yuliya Ratkeviç 4:8
1/2 final - Yuliya Ratkeviç - Taybe Yussein (BUL) 11:8
FİNAL - Tserençimend Suxe (MGL) - Yuliya Ratkeviç 12:3

69 kq
1/16 final - Nadya Sementsova - Svetlana Saenko (MDA) 4:1
1/8 final - Erszebet Yets (CAN) - Nadya Sementsova 12:9



Read 2736 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2