AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
Sunday, 18 September 2011 15:21

Dünya çempionatında son gün: 3 lisenziya, 3 bürünc medal / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(0 votes)

Cəbrayıl Həsənov (66 kq) mübarizəyə Kipr idmançızı Stelios Mama ilə start verib və qələbə qazanıb - 7:0, 5:0. Növbəti mərhələdə o, Macarıstan idmançısı Gergeli Veller ilə üz-üzə gəlib və onu da məğlub edib - 1:0, 1:0. 1/4 finalda Həsənovu yaponiyalı Taşuhiro Yonemutsu ilə duel gözləyirdi. Bu rəqibini də yenəcəyi halda Cəbrayıl olimpiadaya lisenziyanı rəsmiləşdirəcəkdi. Lakin təəssüf ki, Həsənov bu görüşdə uduzub - 4:5, 0:1. Amma yaponiyalı finala çıxdığından o, həm lisenziya, həm də medal qazanmaq fürsəti qazanıb. Belədə Cəbrayıl Batzoriq Buyanjav (Monqolustan) üzərində qələbə qazanmaqla növbəi lisenziyaya sahib çıxıbı - 1:0, 7:0. Bürünc medal üçün isə, o, Leonid Bazan (Bolqarıstan) üzərində də qələbə qazanmalıydı ki, bunun da öhdəsindən gəlib - 2:0, 4:2.

Əşrəf Əliyev (74 kq) startda rumıniyalı Marius Atofaniyə qalib gəlməliydi ki, bunu bacarıb - 2:0, 3:2. Onun növbəti rəqibi Azat Dombayev (Qazaxısta) ki, idmançımız onu da yenərək, 1/4 finala yüksəlib - 1:0, 2:0. Burdakı rəqib Ermənistan təmsilçisi Muso Murtuzəliyevdi. Bu rəqibi üzərində qələbə Əliyevə lisenziya qazandıracaqdı ki, o, bu mühüm vəzifənin öhdəsindən gəlməyi bacarıb - 4:2, 1:0. Yarımfinaldakı rəqib ABŞ güləşçisi Cordan Burroqz idi. Təəssüf ki, Əliyev məhz finalın bir addımlığında uduzub - 2:0, 4:5, 0:3. Lakin o, bürünc medal qazanmaq şansı qazanıb ki, bundan da maksimum yararlanıb. Belə ki, Venesuela idmançısı Rikardo Robert üzərində çətin qələbə (0:2, 2:0, 1:0) Əliyevə də bürünc medal qazandırıb.

Cəmaləddin Məhəmmədov (120 kq) öncə Daniel Liqeti (Macarıstan) ilə qarşılaşıb və qələbə qazanıb -6:3, 3:2. Növbəti mərhələdə Dimitar Kumçev (Bolqarıstan) gözləyirdi ki, idmançımız onu da yolundan kənarlaşdırıb - 3:0, 6:0. 1/4 finalda Zivei Denq (Çin) ilə görüşdə qazanılacaq qələbə Məhəmmədovun da lisenziyanı təmin etməsinə şərait yaradacaqdı. Hansı ki, o, bunu bacarıb - 2:0, 4:0. Lakin yarımfinalda rusiyalı Bilal Maxovla mübarizə idmançımız üçün uğursuz alınıb - 1:0, 1:1, 1:4. Belədə, Məhəmmədov da yalnız bürüncə ümid edə bilərdi. O, belə bir şansı qazanıb və maksimum yararlanıb. Çulunbat Jarqals (Monqolustan) ilə baş tutan həlledici görüş idmançımızın qələbəsiyə bitib - 1:0, 1:0. Beləcə, Məhəmmədov yığmamıza 8-ci medalı qazandırıb.


Xatırladaq ki, ilk 5 gündə mübarizə aparan idmançılarımızdan Rövşən Bayramov (55 kq) və Şərif Şərifov (84 kq) həm qızıl medal, həm də London olimpiadasına lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi sadəcə London olimpiadasına lisenziya əldə etməsinə sevinib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova ilə (51 kq) Sona Əhmədli (59 kq) isə bürünc medalla kifayətlənib.

-----------------

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə böyüklər arasında Dünya çempionatı davam edir. Çempionatın son günündə 66, 74 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparır. Güləşçilərimizin ilk rəqibləri aşağıdakılardır:

60 kq
1/16 - Cəbrayıl Həsənov - Stelios Mama (CYP)

74 kq
1/16 - Əşrəf Əliyev - Marius Lucian Atofani (ROU)

120 kq
1/16 - Cəmaləddin Məhəmmədov -Daniel Ligeti (HUN)

İlkin görüşlər Bakı vaxtı ilə saat 14.30-da başlayacaq. Final görüşləri isə 21.30-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Read 2407 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2