AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Thursday, 15 September 2011 13:56

Dünya çempionatında dördüncü gün: Sona Əhmədli bürünc medal qazandı / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(0 votes)

55 kq-da yarışan Yuliya Ratkeviç startda Salamat Kuçimova (Özbəkistan) ilə qarşılaşıb və qələbə qazanıb - 1:0, 4:0. Növbəti görüşdə latviyalı Anastasiya Qriqoryevaya da eyni aqibəti yaşatmaq lazım idi ki, idmançımız bunu bacarıb - 6:0, 4:4. 1/4 finalda idmançımızı Kanada güləşçisi Linn Verbek gözləyirdi. Onu da yenəcəyi halda, Ratkeviç də olimpiya lisenziyasına sahib çıxacaqdı. Amma təəsfüf ki, Yuliya bu dəfə məğlubiyyətə üzülüb - 2:1, 0:1, 0:3. Lakin onun hələ də həm lisenziya, həm də medal qazanmaq şansı olsa da, bu şansdan yararlana bilməyib.

Sona Əhmədli isə (59 kq) ilk qələbəsini Qazaxıstan güləşçisi Olqa Kalinina üzərində qazanıb - 1:0, 2:0. Onun növbəti rəqibi rusiyalı Valeriya Jolobovaydı. Sona bu rəqibini də çətinliklə də olsa, yenə bilib - 0:2, 2:1, 2:1. Nəticədə, Əhmədli 1/4 finala çıxıb ki, burda da Nadza Mixalkova (Belarus) üzərində qələbəyə sevinib - 3:1, 3:2. İdmançımız yarimfinala çıxsa da, qeyd edək ki, bu yaş qrupunda olimpiadaya lisenziya yoxdu. 1/2 finaldakı rəqib Qana Vasilekoydu (Ukrayna) ki, Əhmədli bu görüşdə məğlub olub - 4:6. Həlledici görüşdə rəqibi Kanadalı Amanda Joy Gerhartdan iki hissənin nəticələrinə görə (1:0, 2:1) üstün olan Sona Əhmədli Dünya Çempionatını bürünc medalla başa vurub.

Gözəl Zutova (63 кq) ilk duelində Mustafa Useynlə (Bolqarıstan) qarşılaşıb və elə startdaca uduzub. Ona qalib gələn rəqibi finala çıxa bilmədiyindən, Zutovanın medal qazanmaq ümidləri də puç olub.

---------------------------

55 kq
Təsəlliverici - Yuliya Ratkeviç - Mariya Gurova (RUS) (0:2, 2:1, 1:2)
1/4 - Yuliya Ratkeviç - Tonya Lynn Verbeek (CAN) (2:1, 0:1, 0:3)
1/8 - Yuliya Ratkeviç - Anastasija Grigoryeva (LAT) (təmiz qələbə)
1/16 - Yuliya Ratkeviç - Salomat Kuchimova (UZB) (1:0, 4:0)

59 kq
Bürünc medal - Sona Əhmədli - Amanda Joy Gerhart (CAN)
1/2 - Sona Əhmədli - Ganna Vasylenko (UKR) (4:8)
1/4 - Sona Əhmədli - Nadzeya Mikhalkova (BLR) (2:1, 3:2)
1/8 - Sona Əhmədli - Valeria Jolobova (RUS) (0:1, 2:1, 2:1)
1/16 - Sona Əhmədli - Olqa Kalinina (KAZ) (1:0, 2:0)

63 kq
1/32 - Gözəl Zutova - T. Yusein (BUL) (4:6)

------------------------

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə böyüklər arasında Dünya çempionatı davam edir. Proqrama əsasən çempionatın dördüncü günündə 55, 59 və 63 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulacaq. Güləşçilərimizin ilk rəqibləri aşağıdakılardır:

55 kq
1/16 - Yuliya Ratkeviç - Salomat Kuchimova (UZB)

59 kq
1/16 - Sona Əhmədli - Olqa Kalinina (KAZ)

63 kq
1/32 - Gözəl Zutova - T. Yusein (BUL)

İlkin görüşlər Bakı vaxtı ilə saat 14.30-da başlayacaq. Final görüşləri isə 21.30-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Read 1937 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2