AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Saturday, 11 September 2010 13:20

Xetaq Qazyumov qızıl, Zəlimxan Hüseynov bürünc medal qazandı

  • Print
  • Email
Rate this item
(0 votes)

Moskvada keçirilən dünya çempionatının 6-cı günündə sərbəst güləş üzrə 3 çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub. Hər 3 çəki dərəcəsində güləşçilərimiz mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Azərbaycan yığmasının lideri Xetaq Qazyumov (96 kq) ilk görüşdə seneqallı Aristide Diatta ilə qarşılaşaraq onu məğlub edib (7:0, 5:0). Onun növbəti rəqibi Kanada təmsilçisi Xetaq Pliyevlə görüşdə də təmsiçimiz qalib gəlib (3:0, 6:1). 1/4 finalda Qazyumov Belarusiya idmançısı Ruslan Şeyxovla qarşılaşaraq, onu da məğlubiyyətə uğradıb (1:0, 1:0). Yarımfinalda Qırğızıstan təmsilçisi Aleksey Krupnyakov üzərində asan qələbə qazanaraq (3:0, 3:0) finala çıxan təmsilçimizin rəqibi rusiyalı Hacımurad Qatsalov olub. Gərgin və maraqlı keçən görüşdə Xetaq Qazyumov 4 qat dünya çempionundan üstün (0:1, 1:0, 1:0) olub və bu çəkidə yeni dünya çempionu adını qazanıb.

Azərbaycan yığmasının veteranı Zəlimxan Hüseynov (60 kq) ilk görüşdə Rumıniya təmsilçisi Qeorqe Buçurla üz-üzə gəlib və qələbə qazanıb (1:0, 4:1). Hüseynov növbəti rəqibi niqeriyalı Amas Daniel də məğlub edərək 1/4 finala çıxıb (5:2, 2:2). 1/4 finalda isə idmançımızın rəqibi Kuba təmsilçisi Alexandro Enrike Valdes Tovyer idi. Təmsilçimiz növbəti rəqibinə də qalib gələrək yarımfinala vəsiqəsini təmin etdi (3:2, 2:2, 3:0).Yarımfinalda ukraynalı Vasli Fedorişinlə görüşdən məğlub ayrılan (2:0, 0:3, 0:2) Zəlimxan bürünc medal görüşünə çıxdı. Bu görüşdə onun rəqibi türkiyəli Ersin Çetin oldu. Görüş Azərbaycan təmsilçisinin (5:2, 3:0) üstünlüyü ilə başa çatdı və Zəlimxan Hüseynov komandamıza bürünc medal qazandırdı.

Azərbaycan yığmasının digər üzvü Novruz Temrezov (84 kq) ilk görüşdə Türkiyə təmsilçisi Gökhan Yavaşeri məğlub edib (2:0, 3:0). Bundan sonra güləşçimiz Yunanıstan idmançısı Emzarios Bentinidislə qarşılaşıb. Yunan rəqibini də məğlub edən həmyerlimiz 1/4 finala çıxıb (3:1, 1:0). Bu mərhələdə isə N.Temrezov rusiyalı rəqibi Soslan Ktsoyevə məğlub oldu.


Read 2098 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2