AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Wednesday, 08 September 2010 11:40

Həsən Əliyev: “Fərid Mansurova ilk olimpiya “qızıl”ını qazandırmaq istəyirəm”

  • Print
  • Email
Rate this item
(0 votes)
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Mansurov yığmanın dünya çempionatında çıxışından razı qalıb.İkiqat dünya və olimpiya çempionu qazanılan 1 qızıl və 1 bürünc medaldan sonra sevincini bölüşüb: «İlk yarış günündə Vitali Rəhimova ümidlərim böyük idi. Amma o bürünc medalla kifayətləndi. Əvvəlcədən demişdim ki, qızıl medalımız olmalıdı. Bu mənada Həsən Əliyevin qələbəsinə çox sevindik. Cari il onun üçün çox uğurlu oldu. Həm Avropa çempionu oldu, həm də dünya».

Komandamıza ilk qızıl medalı qazandıran yunan-Roma güləşi üzrə dünya çempionu Həsən Əliyev (60 kq) Moskvadakı qələbəsi barədə öz fikirlərini bölüşüb. “Mən gərginlik hiss edirdim, axı bu, dünya çempionatıdır. Burda bütün güclü güləşçilər iştirak edir. Əsas rəqiblər isə Asiya qitəsindəndir. Çox çətin oldu. Görüşlərdən final və ¼ finaldakı görüşümü qeyd edə bilərəm. Belə alındı ki, baş məşqçimiz Fərid Mansurova dünya çempionatında ilk “qızılı” mən verdim. İnşallah, ona ilk olimpiya “qızılı”nı da mən verərəm”.

 

 

 

Read 1697 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2