AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Wednesday, 08 September 2010 14:55

Yunan-Roma güləşi üzrə yığmamız dünya üçüncüsdür

  • Print
  • Email
Rate this item
(0 votes)

48 kq çəkidə qadın güləşçimiz Patimat Baqomedova qırğız rəqibi Mikhrniso Nurmatovanı tam üstünlüklə (6:0, 4:0) məğlub etdi. 1/8 finalda təmsilçimiz venesuelalı Mayelis Yesenia Caripa Kastillonu (7:0, 4:2) tam üstünlüklə qalib gəldi. 1/4 finalda tunisli Maori Mezienə (3:1, 1:0) qalib gələn Patimat yarımfinalda Rusiya təmsilçisi Lorisa Oorjak ilə qarşılaşıb. Təcrübəli rəqibinə məğlub olan təmsilçimiz bürünc medal uğrunda yarışacaq.

51 kq çəki dərəcəsində Anjela Doroqan fransız rəqibi Vanessa Zohra Bubryemm üzərində təmiz qələbə qazanaraq 1/4 finala yüksəldi. Bu mərhələdə yaponiyalı Yu Horiuchi ilə görüşdən məğlub ayrılan Anjela Doroqan rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşlərə qatılıb. Ancaq təsəlliverici görüşdə də məğlub olan Anjela Doroqan mübarizəni dayandırıb.

Yunan-Roma güləşi üzrə 74 kq çəkidə mübarizə aparan Rafiq Hüseynov ilk görüşdə isveçli Robert Patrik Rosengerni (1:0, 1:0) məğlub edərək 1/8 finala yüksəldi. Bu turda onun rəqibi Türkiyə təmsilçisi Selçuk Cebi olacaq. Rafiq Hüseynov dünya çempionu Selçuk Cebi ilə görüşdən (1:0, 0:1, 0:1) məğlub ayrıldı. Rəqibi finala yüksəldiyindən Rafiq təsəlliverici görüşlərə qatılıb. Ardıcıl olaraq Dominikan və Xorvatiya güləşçilərini mübarizədən kənarlaşdıran Rafiq Hüseynov bürünc medal uğrunda görüşə çıxacaq. Bu turda həmyerlimiz Rusiya güləşçisi İmil Şərafətdinovla mübarizədən məğlub ayrılıb və 5-ci yerlə kifayətlənib.

Beləliklə, dünya çempionatında başa çatan Yunan-Roma güləşi yarışlarında Rusiya 46 xalla birinci, Türkiyə 32 xalla ikinci, Azərbaycan yığması 26 xalla üçüncü yerə layiq görülüb. Qeyd edək ki, bu olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun baş məşçqçikimi ilk beynəlxalq uğurudur.

--------

09.35

Moskvada keçirilən dünya çempionatının 3-cü günündə yunan-Roma güləşi üzrə 74 kq, qadın güləşi üzrə 48 və 51 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulur. Yunan-Roma güləşi üzrə 74 kq çəki dərəcəsində ölkəmizi Rafiq Hüseynov, qadın güləşi üzrə Marziget Baqomedova (48 kq) və Anjela Doroqan (51 kq) təmsil edir. Güləşçilərimizin ilk rəqibləri bəllidir:

74 kq - Rafiq Hüseynov - Robert Patrik Rosengern (İSVEÇ)

48 kq - Patimat Baqomedova - Mikhrniso Nurmatova (QIRĞIZSTAN). Bu görüşün qalibi növbəti turda Mayelis Yesenia Caripa Kastillo (VENESUELLA) ilə qarşılaşacaq.

51 kq - Anjela Doroqan - Vanessa Zohra Bubryemm (FRANSA)

İlkin görüşlər Bakı vaxtı ilə saat 14.00-da, final görüşləri axşam saat 20.30-da başlayacaq. Final görüşləri Türkiyənin TRT-3, Rusiyanın НТВ-онлайн kanalından canlı yayımlanacaq.

Read 2219 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2