AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Tuesday, 07 September 2010 12:17

Vitali Rəhimov: “Bu sadəcə bir güləş deyildi, əsl döyüş idi”

  • Print
  • Email
Rate this item
(0 votes)
Dünya çempionatında Azərbaycan yığmasına ilk medalı qazandıran yunan-Roma güləşçimiz Vitali Rəhimov (66 kq) medal görüşündən sonra fikirlərini bölüşüb.

 

İlk dəfə yeni bir çəkidə çıxış etdin. Təəssüratlarını bilmək maraqlıdır...

Çox çətin idi, qeyd etdiyiniz kimi ilk dəfə idi ki, 66 kq-da çıxış edirdim. Etiraf etməliyəm ki, fiziki gücüm çatmırdı. Ancaq özümə inanırdım.

 

Yekunda bürünc medal – inamlı nəticədir.

Heç istəmirdim ki, məşqçim Fərid Mansurovu utandırım. Bu, onun baş məşqçi kimi ilk dünya çempionatıdır. Şadam ki, medal qazandım. Allah qoysa, növbəti dəfə qızıl medal qazanaram.

 

Beş görüş keçirdin və yalnız birində məğlub oldun.

Ambako Vaçadze, düzdür, qalib gəldi, ancaq mən hesab etmirəm ki, o məndən güclüdür. Qələbəyə şansım vardı, ancaq bir anlıq özümə inanım itdi və uduzdum.

 

Yəqin ki, erməni güləşçi Arman Adıkyana qarşı keçirdiyin görüşü qeyd etmək lazımdır...

Bu sadəcə bir güləş deyildi, əsl döyüş idi. Mənim üçün o, yalnız qalib gəlməli olduğum düşməndir. Başlanğıcda çətin oldu, ilk hissəni uduzdum, ancaq sonradan təşəbbüsü ələ aldım. Üçüncü hissədə bir qədər tempi artırdım və böyük hesablı qələbə qazanmağa nail oldum.

 

Bəs, sonuncu görüş haqqında nə deyə bilərsən?

Lorintslə Bakıdakı təlim-məşq toplanışlarında güləşmişdim, onu yaxşı tanıyırdım.

 

London Olimpiadasına iki il qalır. Yenidən medal qazanmaq barədə nə düşünürsən?

Əvvəla, növbəti dünya çempionatında fərqlənmək, təkcə medal qazanmaq yox, qalib olmaq istəyirəm. Ondan sonra Londona hazırlaşmaq lazımdır. Mükafat qazanmaq üçün çox ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, hər şey yaxşı olacaq (gülümsəyir) ...

Read 1455 times
Tweet
More in this category: « Yunan-Roma güləşi üzrə yığmamız dünya üçüncüsdür Həsən Əliyev dünya çempionatının qızıl medalını qazandı »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2