AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Monday, 06 September 2010 14:47

Vitali Rəhimov dünya çempionatının bürünc medalını qazandı

  • Print
  • Email
Rate this item
(0 votes)

66 kq çəki dərəcəsində Vitali Rəhimov ilk görüşündə Hindistanlı Kumar Sunili (5:0, 0:1, 1:0) məğlub edib. 1/8 finalda onun rəqibi erməni güləşçisi Arman Adıkyan olub. Gərgin keçən görüşdə Vitali Rəhimov (0:1, 1:0, 5:0) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə Rusiya təmsilçisi Ambako Vaçadze ilə qarşılaşan güləşçimiz (1:0, 2:0) uduzub. Vaçadze finala yüksəldiyindən Vitali Rəhimov təsəlliverici görüşlərə qatılıb. Bürünc medal yolunda isveçli Paskal Strebeli (1:0, 2:0) və macar Tomas Lorincszi məğlub edən təmsilçimiz komandamıza ilk medalı qazandırıb.

 

55 kq çəki dərəcəsində Elçin Əliyev ilk görüşündə Ukrayna təmsilçisi Vüqar Rəhimova (1:0, 1:0) qalib gələrək, növbəti tura yüksəlib. 1/8 final mərhələsində Qyu-çin Çoyla (KOREYA) görüşdən məğlub ayrılan Elçin rəqibi finala yüksəldiyindən təsəlliverici görüşlərə qatılıb. İlk təsəlliverici görüşünü qələbə ilə başa vursa da, ikinci görüşdə macar Peter Modosa uduzaraq mübarizəni dayandırıb.

96 kq çəkidə Səbuhi Hümbətov ilk görüşündə belarusiyalı Timofey Jeniçenkoya (0:2, 0:1) uduzub.

---------
10.16

Dünən Moskvada keçiriləcək güləş üzrə dünya çempionatının ilk gününün püşkatması keçirilib. Proqrama əsasən yarışın ilk günündə 55, 66 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu çəkilərdə təmsilçilərimizin ilk rəqibləri aşağıdakı kimidir:

 

55 kq – Elçin Əliyev – Vüqar Rəhimov (UKRAYNA)

66 kq – Vitali Rəhimov – Kumar Sunil (HİNDİSTAN)

96 kq – Səbuhi Hümbətov – Timofey Jeniçenko (BELARUSİYA)

 

İlkin görüşlər Bakı vaxtı ilə saat 14.00-da, final görüşləri axşam saat 20.30-da başlayacaq. Final görüşləri Türkiyənin TRT-3 kanalından canlı yayımlanacaq.

Read 1985 times
Tweet
More in this category: « Həsən Əliyev dünya çempionatının qızıl medalını qazandı Komandalarımızın Dünya çempionatında iştirak edəcək heyəti »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2