AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Wednesday, 01 September 2010 17:34

Komandalarımızın Dünya çempionatında iştirak edəcək heyəti

  • Print
  • Email
Rate this item
(0 votes)
6-12 sentyabr 2010-cu il tarixdə Moskvada sərbəst, qadın və yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda ölkəmizin hər üç yığma komandası mübarizə aparacaq. Proqrama əsasən sentyabrın 6-7-8-də yunan-Roma güləşçiləri, 8-9-10 sentyabrda qadın güləçiləri, 10-11-12-də isə sərbəst güləşçilər ən güclüləri müəyyənləşdirəcək.

 

Dünya çempionatında qadın güləşçilərin mübarizəsində ölkəmizi Patimat Baqomedova (48 kq), Marziget Baqomedova (48 kq, ehtiyat), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Gözəl Zutova (63 kq), Nadya Sementsova (67 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) təmsil edəcək. Belarusiyada təlim-məşq toplanışında olan komandamız çempionata baş məşqçi əvəzi Maqomed Aliomarov rəhbərliyi altında hazırlaşır.

Sərbəst güləş yarışlarında ölkəmiz baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında Toğrul Əsgərov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) ilə təmsil olunacaq. 60 kq çəki dərəcəsində kimin iştirak edəcəyi isə yaxın günlərdə məlum olacaq. Bu çəkidə dünya çempionatında iştirak etmək üçün təcrübəli Zəlimxan Hüseynovla gənc Xaybulla Şaalov və Ağahüseyn Mustafayev arasında növbəti sınaq görüşləri keçiriləcək. Bu görüşün nəticəsinə əsasən, Moskvaya kimin gedəcəyinə aydınlıq gələcək.

 

Dünya çempionatında ölkəmizi yunan-Roma güləşi üzrə Elçin Əliyev (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Səbuhi Hümbətov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edəcək. Yığma komandamız çempionatda baş məşqçi, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun rəhbərliyi altında iştirak edəcək.

Read 1450 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2