AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Tuesday, 24 August 2010 10:45

Qadın güləşi yığmamız dünya çempionatına Minskdə hazırlaşır

  • Print
  • Email
Rate this item
(0 votes)

Qadın güləşi üzrə yığma komandamız qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışını Belarusiyanın Minsk şəhərində davam etdirəcək. Bu məqsədlə komandamız artıq Belarusiyaya yola düşüb. Minsk şəhərinin “Stayki” Olimpiya Mərkəzində sentyabrın 5-dək davam edəcək TMT-da Marziget Baqomedova (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Nadya Sementsova, Gözəl Zutova (hər ikisi 63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq), Dina İvanova (72 kq) iştirak edəcək. Yığmamız təlim-məşq toplanışını böyük məşqçi Kurban Kurbanov, məşqçilər Arif Fərmanov və Sirajuddin Eldarovun rəhbərliyi altında keçəcək.

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız isə 6-12 sentyabr tarixlərdə Moskvada keçiriləcək dünya çempionatına hazırlığı Bakıda, müvafiq olaraq “Şüa” İdman Sağlamlıq Mərkəzi və T.Bəhramov adına Respublika stadionunun yunan-Roma güləşi zalında davam etdirirlər. Buna qədər sərbəst güləşçilərimiz Kislovodskda, yunan-Roma güləşçilərimiz isə Qusar Olimpiya İdman Kompleksində TMT keçiblər.

 

Read 1366 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2