AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Saturday, 14 August 2010 10:53

Hərbçilərin dünya çempionatında sərbəst güləş yarışları başa çatdı

  • Print
  • Email
Rate this item
(0 votes)

Finlandiyanın Laxti şəhərində hərbçilərin güləş üzrə 27-ci dünya çempionatı keçirilir. Turnirdə ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri də iştirak edir.

 

Sərbəst güləş yarışlarında ilk gün medalçıların sırasına düşə bilməyən pəhləvanlarımız ikinci gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 4-cü olublar.

 

60 kq çəkidə Ağahüseyn Mustafayev ardıcıl olaraq Polşalı Adam Bloku (2:5, 1:0, 2:0), qazax Daulet Nyazbekovu (1:0, 4:2), iranlı Ahmad Amirianı (1:2, 2:0, 6:0), finalda isə Koreya güləşçisi Jae-ho Liini (1:0, 3:2) məğlub edərək çempionatın baş mükafatına sahib olub.

 

74 kq çəkidə Əşrəf Əliyev koreyalı Sang-gyu Liini (1:0, 1:0), slovak Dusan Babrnakı (4:2, 2:0) məğlub etsə də, yarımfinalda qazax güləşçisi Seyfəddin Osmanov ilə mübarizədən (0:1, 0:1) məğlub ayrılıb və üçüncülük uğrunda görüşə qatılıb. Belaruslu Raman Soltanı (1:0, 1:0) məğlub edərək bürünc medala sahib olub.

 

84 kq çəki dərəcəsində Hacı Əlicanov da bürünc medal qazanıb. Həlledici görüşdə qazax güləşçi Ulat Axanova (0:1, 1:1, 5:0) qalib gələn Hacı Əlicanov mükafatçılar sırasında yer alıb.

 

120 kq çəkidə təmsilçimiz Müslüm Müslümov finala qədər irəliləyib. Bu zaman o, ardıcıl olaraq amerikalı Çarli Fiş (3:0, 0:0), alman Oldrik Vagner (5:2, 6:0) üzərində inamlı qələbə qazanıb. Finalda iranlı Cəfər Daliriyə (0:1, 0:1) minimal hesabla məğlub olan Müslüm gümüş medalla kifayətlənib.

Xatırladaq ki, sərbəst güləş yarışlarında ölkəmizi məşqçi Nazim Əlicanovun başçılığı altında Ceyhun Əliyev (55 kq), Ağahüseyn Mustafayev (60 kq), Elmir Qəmbərov (66 kq), Əşrəf Əliyev (74 kq), Hacı Əlicanov (84 kq), Mehman İmanquliyev (96 kq) və Müslüm Müslümov (120 kq) təmsil edib.

Yunan-Roma güləşi üzrə pəhləvanlarımız Taleh İsrafilov (66 kq) və Elbrus Məmmədov (74 kq) məşqçi Hüseynağa Ələsgərovun rəhbərliyi altında turnirdə iştirak edir. Yunan-Roma güləşi yarışları bu gün və sabah keçiriləcək.

Hakimlər briqadasında ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edir.

 

Read 1539 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2