AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Tuesday, 03 August 2010 15:58

Yunan-Roma güləşçilərimiz Moskvadakı dünya çempionatına hazırlaşır

  • Print
  • Email
Rate this item
(0 votes)
Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən güləş üzrə Qızıl Qran-Pri Beynəlxalq Turnirinin Final mərhələsində 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığma komandamız sentyabrda Moskvada keçiriləcək dünya çempionatının hazırlığına başlayıb. Yığmamiz təlim-məşq prosesini Olimpiya və 2 qat dünya çempionu Fərid Mansurovun rəhbərliyi altında Qusar Olimpiya İdman Kompleksində keçir.

Yığma komandanın baş məşqçisi Fərid Mansurov Qusardakı təlim-məşq toplanışını avqustun 11-dək, dünya çempionatına hazırlığın növbəti mərhələsini isə Bakıda davam etdirəcəklərini bildirib.

«Qızıl Qran-Pri turniri zamanı yüksək nəticə gözlədiyimiz 55 və 74 kq çəki dərəcələrindəki idmançılarımız bizi məyus etdilər. Buna görə də onlar yığma komandada öz yerlərini bir daha təsdiq etməlidirlər» - deyən Fərid Mansurov idmançılarla fərdi söhbətlərin aparıldığını da bildirib.

“Avropa çempionatından sonra Həsən Əliyevi çıxmaq şərtilə həm Elçin Əliyevdə, həm də Elvin Mürsəliyevdə bir qədər arxayınçılıq oldu. Federasiyanın yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov və mən onları buna görə cəzalandırmışıq. Düşünürük ki, bu cəzanın onlara təsiri olacaq”.

Dünya çempionatına yollanmaq uğrunda 55 kq çəki dərəcəsində amansız mübarizənin gedəcəyi dəqiqdir. Belindəki zədə səbəbindən Avropa çempionatını buraxmalı olan və Qızıl Qran-Pri turnirində istədiyi kimi çixiş edə bilməyən olimpiya ikincisi, 2 qat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Rövşən Bayramovu bu rəqabət qətiyyən narahat etmir.

“55 kq-da bizdə yaxşı uşaqlar var, rəqabət güclüdür. Bakıdakı Avropa çempionatında mən güləşməsəm də, Elçin çempion oldu. Qran-Pridəki çıxışıma görə çox hefslənirəm. Çalışacam ki, bundan sonra daha yaxşı çıxış edim və ölkəmizin şərəfini layiqincə qoruyum” - deyə Rövşən Bayramov bildirib.

«Bakıdakı Avropa çempionatında və Qızıl Qran-Pri turnirində qızıl medal qazansam da, bu o demək deyil ki, dünya çempionatına yollanacaq heyətdə asanlıqla yer alacam» – deyən Həsən Əliyev ona etimad göstəriləcəyi təqdirdə özünü ən yaxşi tərəfdən göstərməyə çalışacağını deyir. Onun əsas arzusu isə hələ qarşılaşmadığı 2 idmançı ilə – Rusiyalı olimpiya çempionu İslambek Albiyev və Qazaxıstanlı olimpiya 3-cüsü Nurbakit Tenqizbayevlə üz-üzə gəlməkdir.

“Onlarla hələ qarşılaşmamışam. Dünya çempionatına gedəcəyim halda istərdim ki, onlarla görüşüm, hər ikisinə qalib gəlim və bilim ki, 60 kq çəki dərəcəsində dünyada 1 nömrəli idmançi mənəm”.

 

Read 1461 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2