AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Thursday, 22 July 2010 10:33

Yunan-Roma güləşçilərimiz dünya ikincisi oldu

Rate this item
(0 votes)
Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçirilir. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edir. Dünya birinciliyində ikinci gün yunan-Roma güləşi üzrə 55, 66, 84 və 120 kq çəki dərəcəsində pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.

55 kq çəkidə Qasım Məhəmmədov ukraynalı Dmitri Tsimbalyuk (3:0, 4:0), moldovalı Maksim Mamulat (6:0, 2:0), alman Oliver Runge (2:1, 3:3) üzərində qələbə qazanaraq finala çıxıb. Yalnız finalda Rusiya təmsilçisinə məğlub olan Qasım gümüş medal qazanıb.

66 kq çəki dərəcəsində Rəsul Cunayev ardıcıl olaraq qazax Arsen Fufaciyev (3:1, 1:0), ukraynalı Alan Dzakayev (0:2, 3:0, 1:0), erməni Gevorg Sahakyan üzərində (6:0, 3:0) qələbə qazanıb. Yarımfinalda xorvat Dominik Etlingerə məğlub olan Rəsul bürünc medal uğrunda görüşə çıxıb. Bu görüşdə misirli İbrahim Nasser ilə qarşılaşan Rəsul (5:2, 2:0) qalib gələrək bürünc medala sahib olub.

Yarışın ilk günü Eldəniz Əzizli (50 kq) və Kamran Məmmədov (60 kq) qızıl medala sahib olub. Ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında ikinci yeri tutub.

Yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Cunayev (66 kq), Toğrul Yunuslu (74 kq), Şəhriyar Məmmədov (84 kq), Zaur Mehrəliyev (120 kq) yer alıb. Böyük məşqçi Ağalar Aslanov və Zöhrab Abbasovun başçılığı altında yollanan komandamız bu gün Vətənə qayıdır.

İyulun 22-23-də qadın güləşçilər, 24-25 iyulda isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq.


Read 1666 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2