AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Wednesday, 21 July 2010 11:36

Dünya birinciliyində ilk gün: 2 qızıl medal

  • Print
  • Email
Rate this item
(0 votes)
Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçirilir. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edir. Dünya birinciliyində ilk gün yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcəsində pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz ilk gün 2 qızıl medal qazanıb.

 

50 kq çəkidə Eldəniz Əzizli ardıcıl olaraq meksikalı Pulido Qrimaldini (7:0, 6:0), yapon Seiki Qoyanı (1:0, 7:0), amerikalı Maks Emiliano Nourini (1:0, 6:0), qazax Aysultan Baizakovu (3:0, 1:0) məğlub edərək dünya birinciliyinin qızıl medalını qazanıb. Keçirdiyi bütün görüşlərdə rəqiblərinə xal verməyən Eldəniz ümumi hesabla 32:0 qalib gəlib.

 

60 kq çəkidə Kamran Məmmədov rumıniyalı Kristinel Motoi (1:0, 4:0), çinli Liang Ma (0:4, 1:0, 1:0), norveç Fredrik Bjerrehuus (3:0, 3:0), erməni Aleksan Mikayelyan (2:0, 2:0) üzərində inamlı qələb qazanaraq finala yüksəlib. Finalda rusiyalı Asker Orşoxduqovla görüşdən də qalib ayrılan Kamran (1:0, 2:0) dünya birinciliyinin qızıl medalını əldə edib.

 

Bu gün 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. İyulun 22-23-də qadın güləşçilər, 24-25 iyulda isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq.

Yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Cunayev (66 kq), Toğrul Yunuslu (74 kq), Şəhriyar Məmmədov (84 kq), Zaur Mehrəliyev (120 kq) yer alıb. Komandamız turnirə böyük məşqçi Ağalar Aslanov və Zöhrab Abbasovun başçılığı altında yollanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və Fərəqət Cəlalov təmsil edəcək.

 

 

Read 1660 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2