AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Tuesday, 20 July 2010 14:31

Gənclərimiz Dünya birinciliyində iştirak edəcək

  • Print
  • Email
Rate this item
(0 votes)
20-25 iyul 2010-cu il tarixdə Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçiriləcək. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edəcək. İyulun 20-21-də yunan-Roma güləşçiləri, iyulun 22-23-də qadın güləşçilər, 24-25 iyulda isə sərbəst güləşçilər mübarizə aparacaq.

 

Yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Cunayev (66 kq), Toğrul Yunuslu (74 kq), Şəhriyar Məmmədov (84 kq), Zaur Mehrəliyev (120 kq) yer alıb. Komandamız turnirə böyük məşqçi Ağalar Aslanov və Zöhrab Abbasovun başçılığı altında yollanıb.

 

Böyük məşqçi Kurban Kurbanovun başçılığı ilə turnirə yola düşən qadın güləşi üzrə yığmamızı Marziget Baqomedova (44 kq), Fatma Əhmədova (51 kq), Günay İsmayılova (55 kq) və Katerina Dombrovskaya (59 kq) təmsil edəcək.

 

Sərbəst güləş üzrə yığma komandamız böyük məşqçi Arif Abdullayev və məşqçi Elman Əsgərovun başçılığı altında Dünya birinciliyində iştirak edəcək. Heyətdə Nicat Muradov (50 kq), Toğrul Əsgərov (55 kq), Ümid Məmmədov (60 kq), David Suynuçxanov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebisov yer alıb.

 

Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və Fərəqət Cəlalov təmsil edəcək.

Read 1564 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2