AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Tuesday, 29 September 2009 05:00

Azərbaycan güləşində yeni tarix – 10 medal - 3 qızıl, 4 gümüş, 3 bürünc

  • Print
  • Email
Rate this item
(0 votes)

 21-27 sentyabr 2009-cu il tarixdə Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatı başa çatıb. İlin son mötəbər yarışı 19 pəhləvan ilə çempionatda iştirak edən Azərbaycan yığma komandasının uğurlu çıxışı ilə yadda qalıb. 3 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan komandamız xal hesabı ilə digər ölkələrdən üstün olub və Azərbaycanın adını dünya güləş tarixinə qızıl hərflərlə yazdırıb. Danimarkanın Herninq şəhərində keçirilən Dünya çempionatı Azərbaycan güləş tarixidə də ilklərlə yadda qalıb. Azərbaycan yığma komanda hesabında Qadın güləşi üzrə Dünya çempionu, sərbəst güləş üzrə Dünya ikincisi, yunan-Roma güləşi üzrə isə Dünya üçüncüsü olmaqla bu idman növündə lider ölkələrdən biri olduğunu sübut edib. Fərid Mansurov (66 kq) isə çempion olmaqla ölkəmiz müstəqillik əldə etdikdən sonra ikiqat Dünya çempionu tituluna yiyələnən güləşçi adını qazanıb.

Beləliklə, sərbəst güləş üzrə yığmamız komanda hesabında 48 xal toplayaraq Dünya ikincisi olub və mundialı 3 gümüş və 1 bürünc medalla başa vurub. Komandamız yalnız Rusiyadan geri qalıb.

Namiq Sevdimov (55 kq) – 5-ci yer
Zəlimxan Hüseynov (60 kq) – 2-ci yer (gümüş medal)
Cəbrayıl Həsənov (66 kq) – 7-ci yer
Çamsulvara Çamsulvarayev (74 kq) – 2-ci yer (gümüş medal)
Şərif Şərifov (84 kq) – 3-cü yer (bürünc medal)
Xetaq Qazyumov (96 kq) – 2-ci yer (gümüş medal)
Əli İsayev (120 kq) – 8-ci yer

Qadınlardan ibarət yığma komandamız isə, 48 xal toplayaraq mundialı komanda hesabında çempion kimi başa vurub. 2 qızıl və 1 gümüş medal qazanan qəhrəman qadınlarımız Azərbaycan güləş tarixində yeni bir səhifə yazıblar.

Mariya Stadnik (48 kq) – 1-ci yer (qızıl medal)
Sona Əhmədli (55 kq) – 2-ci yer (gümüş medal)
Yuliya Radkeviç (59 kq) – 1-ci yer (qızıl medal)
Olesya Zamula (63 kq) – 5-ci yer
Zümrüd Qurbanhacıyeva (67 kq) – 8-ci yer
Dina İvanova (72 kq) – 7-ci yer

Yunan-Roma güləşi üzrə yığmamız yarışların son günlərində mübarizəyə qoşulub və 1 qızıl və 2 bürünc medal qazanıb, 38 xalla komanda hesabında Türkiyə və İrandan sonra Dünya üçüncüsü olub.

Rövşən Bayramov (55 kq) – 3-cü yer (bürünc medal)
Vitali Rəhimov (60 kq) – 3-cü yer (bürünc medal)
Fərid Mansurov (66 kq) – 1-ci yer (qızıl medal)
Rafiq Hüseynov (74 kq) – 5-ci yer
Şalva Qadabadze (84 kq) – 5-ci yer
Denis Mişin (96 kq) – 12-ci yer


İnanırıq ki, güləşçilərimiz daha böyük əzm və həvəslə hazırlaşacaq, əldə etdikləri bu nailiyyəti bundan sonrakı yarışlarda da nəinki qoruyacaq, hətta daha da artıracaqlar.

 

Read 2881 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2