AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Gənc güləşçilərimiz Antalya turnirində son gün 1 qızıl və 1 bürünc medal qazandı / FOTO
Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal / FOTO
Gənclər Antalyada ilk gün 2 qızıl və 1 bürünc medal qazandı / FOTO
Junior wrestlers facing a challenge in Antalya / TEAM
  • Azerbaijani
  • Русский
  • English (UK)
Monday, 10 August 2009 05:00

Güləş üzrə gənclər arasında dünya birinciliyi başa çatıb

  • Print
  • Email
Rate this item
(0 votes)

Türkiyənin paytaxtı Ankarada güləş üzrə gənclər arasında dünya birinciliyi başa çatdı. Yarışın sonuncu günü pəhləvanlarımız daha 4 medal qazandılar. Sərbəst güləşçimiz Cəbrayıl Həsənov (66 kq) Latviya, Hindistan, Belarus və Almaniyalı rəqiblərini məğlub edərək finala çıxıb və həlledici görüşdə rusiyalı David Safaryan üzərində təmiz qələbə ilə dünya birinciliyinin qızıl medalını qazanıb. 84 kq çəkidə yarışan Aslanbek Alborov da Hindistan, Türkiyə və Kubalı rəqiblərini mübarizədən kənarlaşdıraraq finaladək irəliləyib. Lakin rusiyalı Koloy Kortoyevə məğlub olaraq ikinci yeri tutub. 55 kq–da Yaşar Əliyev və 120 kq çəkidə Mixail Qazzayev isə dünya birinciliyini bürünc medalla bitiriblər. Xatırladaq ki, bunadək 60 kq–da Ağahüseyn Mustafayev və 96 kq çəkidə Cəmaləddin Məhəmmədov gümüş medal qazanmışdı. Beləliklə, sərbəst güləşçilərimiz 1 qızıl, 3 gümüş və 2 bürünc medalla 53 xal topladı ki, bununla da komanda hesabında yalnız Rusiya pəhləvanlarından geri qalaraq ikinci oldu.

Read 2811 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2