AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
Tuesday, 12 March 2013 10:11

Böyüklər arasında Avropa çempionatında kimlər iştirak edəcək?

  • Print
  • Email
Rate this item
(0 votes)
19-24 mart 2013-cü il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşdirilib.

Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcək. Yığma komanda baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çempionatda iştirak edəcək.

Qadın güləşi üzrə yığma komandanın heyətində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb. Komandanı çempionata baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayev hazırlaşdırır.

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi və böyük məşqçi Nasir Nurbaxış Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçə (120 kq) şans verəcək.
Çempionatın proqramına əsasən, martın 19, 20, 21 və 22-də sərbəst və qadın güləşi üzrə, 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

swec-2013
Read 1189 times
Tweet

Add comment


Security code
Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2

Copyright by GavickPro 2011. All rights reserved.

Select style: Red Brown