AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Şamaxıda sərbəst güləş üzrə yeniyetmələr arasında V açıq Respublika turniri keçirilir / FOTO YENİLƏ
Şamaxıda Oleq Krapivin adına idman məktəbinin açılışı mərasimi keçirilib / FOTO
Sərbəst güləşçilər Dmitri Korkinin xatirə turnirinə yollanır
There will be held Open Republic tournament in Shamakhi in memory of Olympic World champion.
HDÇ-2017: son gündə 2 gümüş və 1 bürünc medal / FOTO
HDÇ-2017: Murad Məmmədov bürünc medal qazandı / FOTO
Litvada hərbçi güləşçilərin Dünya çempionatı keçiriləcək
Namiq Abdullayev2
Namiq Yadulla oğlu Abdullayev

1971-ci ildə Bakı şəhərındə anadan olub. 
1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakültəsini bitirib.
1983-ci ildən Əməkdar məşqçi Vahid Məmmədovun rəhbərliyi altında “Nefçi” İdman Cəmiyyətində sərbəst güləş idmanı ilə məşğul olmağa başlayıb. 
Olimpiya çempionu (Sidney-2000) və gümüş medalçısı (Atlanta-1996); Dünya Kubokunun sahibi (2004), Dünya çempionatının üç dəfə gümüş (1994, 1998, 2002) və bürünc medalçısı (2006), Hərbçilərin dünya çempionatının gümüş medalçısı (1995), üçqat Avropa çempionu (1994, 1995, 2003), iki dəfə gümüş (1997, 2006) və bürünc medalçısı (1996), Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin gümüş medalçısı (2008); MDB çempionu (1992), SSRİ Kubokunun sahibi, Aleksandr Medvedin xatirə turnirinin üçqat qalibi, İvan Yarıginin xatirəsinə beynəlxalq turnirin qalibi (1996), SSRİ gənclər yığmasının tərkibində Dünya Kubokunun sahibi (1990), gənclər arasında SSRİ çempionu (1991);
Keçmiş SSRİ və beynəlxalq idman ustası, Azərbaycanın Əməkdar idman ustası, Azərbaycanın Əməkdar məşqçisidır. 
2009-cu ildən Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidentidir.
Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə 1995-ci ildə “Tərəqqi” medalı, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub, 2012-ci ildə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adına layiq görülüb.

Tweet
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2