1970-ci ildən güləşlə məşğul olmağa başlayıb.
1980-ci ildə milli, 1993-cü ildə beynəlxalq hakimlik dərəcəsi alıb.
2004, 2008, 2012-ci illərdə Afina, Pekin və London Olimpiya Oyunlarında hakimlik edib.
2010-cu ildə Moskvada keçirilən Dünya çempionatı zamanı FİLA tərəfindən “Qızıl Fit”lə təltif olunub.
2013-cü ildə Tiflisdə keçirilən Avropa çempionatı və Tehranda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında FİLA-nın instruktoru kimi fəaliyyət göstərib.
2000-2013-cü illərdə 7 dəfə Dünya, 6 dəfə Avropa, 10 dəfə Asiya çempionatlarında hakimlik edib.
2013-cü ilin iyul ayından Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədridir.
![]() |
![]() |
![]() |
![]() |