AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.05.2017 00:08

İHO-2017: Kamran, Elvin və İslam qızıl, Sabah bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(9 səs)
Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır. 

Güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib.

İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 3 qızıl və 1 bürünc medalla başa vurub. Kamran Məmmədov (60 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) bütün rəqiblərini üstələyərək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalın sahib olub. 130 kq-da mübarizə aparan Sabah Şəriəti isə bürünc medala yiyələnib. 

Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında yunan-Roma güləşi üzrə mübarizə yekunlaşıb. Yığma komandamızın üzvləri yarışı 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. 

66 kq
FİNAL - Z.Kilibayev (KGZ) - Kamran Məmmədov 0:9
1/2 final - Kamran Məmmədov - M.Raxmatov (UZB) 6:0
1/4 final - M.Zeidvand (İRİ) - Kamran Məmmədov 0:6

75 kq
FİNAL - Furkan Bayrak (TUR) - Elvin Mürsəliyev 0:1
1/2 final - Elvin Mürsəliyev - K.Togulbaev (KGZ) 3:2
1/4 final - Elvin Mürsəliyev - R.Garmsiri (İRİ) 6:1

85 kq 
FİNAL - İslam Abbasov - Ali Cengiz (TUR) 3:1
1/2 final - İslam Abbasov - A.Beişebekov (KGZ) 3:1
1/4 final - Fallahhamidabadi (İRİ) - İslam Abbasov 1:2

130 kq 
Bürünc medal görüşü - R.Alkrad (SYR) - Sabah Şəriəti 0:9
1/2 final - M.Abdullaev (UZB) - Sabah Şəriəti 8:0
1/4 final - Sabah Şəriəti - M.A. Xan (PAK) 9:0



Oxu 5339 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW